dayaq.az

Baxılıb : 1068 dəfə

12.11.2016 tarixində "Sən də Dayaq Ol" tədbirimiz baş tutdu. Tədbirin başlanğıcında könüllülərimiz Nurəli bəy və Aydan xanım çıxışlarında iştirakçı dostlarımıza Dayaq haqqında geniş məlumat verdilər. İştirakçılara Dayaq Könüllülər Klubunun saytı və ehtiyaclı ailələr haqqında hazırlanmış video roliklər təqdim olundu. Tədbir Məhəmməd Kərim bəyin təlimi ilə davam etdi . Tədbirin sonunda iştirakçılar tərəfindən ailələr üçün 41,30 azn ianə toplandı.
Dayaq Könüllüləri adından tədbirin təşkil olunmasında əziyyəti keçən hər bir könüllümüzə , “Reduco” Tuition Centre təhsil mərkəzinə və bu tədbirin təşkilatçısı Elvin bəyə, həmçinin iştirakçılarımıza dərin minnətdarlığımızı bildiririk.