dayaq.az

Baxılıb : 1081 dəfə

22.10.2016-ci il tarixində Dayaq Könüllülər Klubunun ofisində haqqında bir neçə gün öncə məlumat verdiyimiz təlim baş tutdu. Dayağın təşkilatçılığı ilə bu dəfədəki təlimimiz Orxan Şahbazovun təqdimatında "Xarizmatik Lider" adlı təlim idi. Təlim boyu Orxan bəy iştirakçılarla xoş ünsiyyət quraraq barəsində bəhs etdiyi mövzudan yetəri qədər maraqlı və maarifləndirici məlumatlar paylaşdı. Yaratdıığı xoş auradan dolayı Orxan bəyə, xüsusilə könüllü şəkildə keçdiyi təlimə görə çox təşəkkür edirik. Həmçinin təlimdə iştirak edən hər bir könüllümüzə də öz minnətdarlığımızı bildiririk. Təlimin sonunda Orxan Şahbazova Dayaq adından təşəkkürnamə təqdim edildi.