NİZAMNAMƏ

1. ÜmUmİ müddəalar

1.1. “Dayaq” Könüllülər Klubu İctimai Birliyi (bundan sonra “Birlik” adlandırılacaq) bu Nizamnamədə müəyyən olunmuş məqsədlərlə ümumi maraqlar əsasında birləşmiş, bir neçə şəxsin təşəbbüsü ilə qeyri-müəyyən müddətə yaradılmış könüllü, özünüidarəedən, öz fəaliyyətinin əsas məqsədi kimi gəlir eldə etməyi nəzərdə tutmayan və əldə edilən gəliri öz üzvləri arasında bölməyən qeyri-hökümət təşkilatıdır və fəaliyyəti Azərbaycan Respublikasını əhatə edir.

1.2. Birlik öz fəaliyyətini Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının Mülki Məcəlləsi, "Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında" Azərbaycan Respublikasmm Qanunu, digər normativ hüquqi aktlar və bu Nizamnamə əsasında həyata keçirir.

1.3. Birlik Azərbaycan Respublikasınm Ədliyyə Nazirliyində dövlət qeydiyyatına
alındığı vaxtdan hüquqi şəxs statusu qazanır.

1.4. Birliyin yerləşdiyi hüquqi ünvan: Sumqayıt şəhəri, Azərbaycan prospekti, 4-cü məhəllə ev 14/19, 41

1.5. Birliyin təsisçiləri:

1) Sumqayıt şəhəri, 18-ci Mikrorayon, ev 19, mən. 54 ünvanda yaşayan Vəliyev Anar Akif oğlu (Şəxsiyyət vəsiqəsi: Seriya AZE №14088142, 25.02.2014-cü il tarixdə verilmişdir),

2) Sumqayıt şəhəri, məhəllə 16, ev 43/4, mən. 8 ünvanda yaşayan Hüseynov Elçin Sovet oğlu  (Şəxsiyyət vəsiqəsi: 09963356, 10.05.2012-ci il tarixdə verilmişdir);

3) Sumqayıt şəhəri, 8-ci Mikrorayon, ev 22A, mən. 45 ünvanda yaşayan Paşayev Rafail Niyazi oğlu (Şəxsiyyət vəsiqəsi: Seriya AZE №09308964, 03.11.2011-ci il tarixdə verilmişdir).

 

II. BİRLİYİN MƏQSƏD VƏ VƏZİFƏLƏRİ

 

2.1. Birliyin məqsədi fərqli yaş kateqoriyalarına və fəaliyyət sahələrinə  aid olan, eyni ülvi dəyərləri paylaşan insanları könüllülük prinsipi əsasında bir araya gətirmək və onlarla birlikdə maddi, sağlamlıq və digər sosial çətinlikləri olan insanlara və onların ailələrinə dəstək olmaqdır.

2.2. Birlik məqsədlərinə çatmaq üçün aşağıdakıları həyata keçirir:

- müxtəlif növ xəstəliklərdən əziyyət çəkən, əmək qabiliyyətini və ya ailə başçısını itirmiş, yaşayış şəraiti ağır olan, minimal həyati ehtiyaclarını qarşılaya bilməyən insanları axtarır, onların vəziyyətini müxtəlif sənədlər və mənbələr əsasında dəyərləndirir və Birliyin üzvlərinə onlar haqqında məlumatı çatdırmaqla onlarla həmin insanlar arasında əlaqə qurur;

-  işlərini effektiv təşkil etmək məqsədilə Birliyin internetdə veb-səhifəsini və sosial şəbəkələrdə səhifələrini yaradır;

- Birliyin məqsədinə aid mövzularda müzakirələr, təqdimatlar, dəyirmi masalar, konfranslar keçirir;

- Nizamnamə məqsədləri çərçivəsində qanunvericliklə qadağan olunmayan digər işləri görür.

2.3. Bu Nizamnamədə nəzərdə tutulmuş vəzifələri həyata keçirmək üçün Birlik aidiyyəti dövlət və qeyri dövlət təşkilatları ilə əlaqələr qurur, əməkdaşlıq edir və onlarla birlikdə layihələr həyata keçirir.

2.4. Birlik Azərbaycan Respuklikasi Prezidentinin, Azərbaycan Respublikasi Milli Məclisinin və bələdiyyələrin seçkilərdə iştirak edə bilməz.

2.5. Birlik öz fəaliyyətində mövcud qanunvericliklə müəyyən edilmiş bütün qadağalara və məhdudiyyətlərə əməl etməli, qanunveriliklə müəyyən edilmiş bütün vəzifələri və öhdəlikləri icra etməlidir.

III.  BİRLIYIN HÜQUQLARI

 

Birlik aşağıdakı hüquqlara malikdir:

- öz adından əqdlər bağlamaq, əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək,vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh kimi çıxış etmək;

- fəaliyyəti barədə məlumatı sərbəst yaymaq;

- işçiləri işə götürmək;

- Azərbaycan Respublıkası ərazisində və xaricdə qanunvericliklə müəyyən edilmiş qaydada filial və nümayəndəliklərini təsis emək;

- Azərbaycan Respublikasımn qanunvericiliyi əsasında və bu Nizamnamə ilə nəzərdə tutulmuş məqsəd və vəzifələri yerinə yetirmək üçün əmlaka sahib olmaq;

- müxtəlif yerli və beynəlxalq qeyri-hökumət təşkilatlarına qoşulmaq, könüllülük prinsipi əsasında birləşərək ittifaqlar yaratmaq, hüquqi şəxslərin ittifaqlarının yaradılmasında iştirak etmək, belə ittifaqlara qoşulmaq;

- banklarda hesablar açmaq və hesablaşmalar aparmaq;

- müstəqil balansa, möhürə, ştampa və digər rekvizitlərə malik olmaq;

- qanunvericiliklə qadağan edilməyən və nizamnamə məqsədlərinə uyğun olan sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq;

- müxtəlif məsələlərə dair müvafiq orqanlara təkliflər vermək;

-  Birliyin Fəaliyyətlərini icra və idarə etmək üçün İdarə Heyəti yaratmaq;

- Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hüquqlardan istifadə etmək.

 

 

IV.  BİRLİYİN ƏMLAKI VƏ MALİYYƏ FƏALİYYƏTİ

 

4.1. Birliyin mülkiyyətində binalar, qurğular, mənzillər, avadanlıqlar, inventarlar, pul vəsaitləri, səhmlər, digər qiymətli kağızlar və bu Nizamnamə ilə nəzərdə tutulmuş fəaliyyətin maddi təminatı üçün qanunvericiliklə qadağan olunmamış növlərdə əmlak ola bilər.

4.2. Birlik  öz öhdəliklərinə görə əmlakı ilə cavabdehdir. Bu əmlak yalnız Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq özgəninkiləşdirilə bilər.

4.3. Birliyin  əmlakının pul və digər şəkildə formalaşdırılması mənbələri aşağıdakılardır:

- təsisçilərin və ya ictimai birliklərin üzvlərinin müntəzəm və ya birdəfəlik üzvlük haqları;

- əmlak haqları və könüllü ianələri;

- malların satışından, xidmətlər göstərilməsindən, işlər görülməsindən daxilolmalar;

- səhmlər, istiqrazlar, başqa qiymətli kağız və əmanətlərdən alınan dividendlər, gəlirlər;

- öz əmlakından istifadə və onun satılması nəticəsində əldə edilən gəlirlər;

- qrantlar;

- qanunvericiliklə qadağan olunmayan başqa gəlirlər.

4.4. Birliyin üzvləri onun mülkiyyətinə daxil olan ayrı-ayrı obyektlər üzərində xüsusi hüquqlara malik deyil.

4.5. Birlik Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən edilmiş qaydada öz fəaliyyətinin məqsədlərinə və əmlakın təyinatına müvafiq olaraq öz əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüquqlarına malikdir.

4.6. Birliyin hesabına daxil olmuş məqsədli vəsait başqa  istiqamətlərdə xərclənə bilməz.

4.7. Birlik siyasi partiyalara maliyyə və başqa maddi yardım göstərə bilməz.

4.8. Birlik qanunvericiliklə müəyyən edilmiş qaydada vergi, maliyyə, statistika və sair hesabatlar tərtib edir və dövlət orqanlarına təqdim edir.   

 

V.  BİRLİYİN TƏSİSÇİLƏRİ VƏ ÜZVLƏRİ,

 ONLARIN HÜQUQ VƏ VƏZİFƏLƏRİ

 

5.1. Birliyin təsisçiləri hüquqi şəxslər (dövlət hakimiyyəti və yerli özünüidarə orqanları istisna olmaqla) və ya 18 yaşına çatmış fiziki şəxslər ola bilərlər.

5.2. Təsisçilər bərabər hüquqlara malikdirlər. Təsisçilərin qarşılıqlı münasibətləri, hüquq və vəzifələri qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir.

5.3. Azərbaycan Respublikasında hər bir fiziki və hüquqi şəxs (dövlət hakimiyyəti və yerli özünüidarə orqanları istisna olmaqla) ictimai birliyin üzvi ola bilər. Birliyin təsisçiləri həm də Birliyin üzvləri hesab olunurlar.

5.4. Birliyə üzvlərin qəbulu Birliyin İdarə Heyəti tərəfindən aparılır.

5.5. Birliyə daxil olmaq  üçün idarə heyətinə yazılı şəkildə müraciət edilir. Ərizəyə bir ay müddətində baxılır. Səsvermə nəticəsində idarə heyətinin üzvlərinin yarıdan çoxu bu məsələyə müsbət münasibətlərini bildirdikdə, ərizəçi Birliyin üzvü seçilmiş hesab edilir.

5.6. birliyin üzvləri öz aralarında bərabər hüquqlu olub aşağıdakı hüquqlara malikdirlər:

- Bu Nizamnamədə və digər sənədlərdə nəzərdə tutulmuş qaydada təşkilatın idarəçiliyində iştirak etmək;

- Birliyin hər hansı seçkili, o cümlədən rəhbər orqanına seçmək və ya həmin orqanlarda təmsil olunmaq;

- Birliyin fəaliyyətində və təşkil etdiyi tədbirlərdə iştirak etmək və kömək göstərmək;

- Birliyin rəhbər orqanlarının fəaliyyəti barədə məlumat almaq, fəaliyyətinə nəzarət etmək;

5.7. Birliyin üzvü yalnız Birliyin İdarə Heyəti səlahiyyət verdikdə həmin orqanı təmsil edə və ya onun adından bəyanatla çıxış edə bilər.

5.8. Birliyin üzvləri aşağıdakı vəzifələri daşıyırlar:

- Birliyin Nizamnaməsinə, davranış qaydaları və etik normalarına əməl etmək;

- Birliyin seçkili orqanlarının qərarlarını yerinə yetirmək;

- Nizamnamə tələblərinə riayət etmək;

- İdarə Heyəti tərəfindən təqdim olunan qaydalara əməl etmək.

5.9. Birliyə üzvlüyə aşağıdakı hallarda xitam verilir:

 - Könüllü olaraq birliyin üzvülüyündən çıxdıqda;

- Birliyin üzvlüyündən çıxarıldıqda.

5.10. Birliyin üzvü aşağıdakı hallarda üzvlükdən xaric edilir:

- Birliyin adına ləkə gətirən hərəkətlərə yol verdikdə;

- Mütəmadi olaraq Birliyin işində iştirak etməkdən boyun qaçırdıqda;

- Nizamnamə məqsədlərinə zidd hərəkət etdikdə.

5.11. Üzvlükdən, çıxarılma İdarə Heyətinin qərarı ilə həyata keçirilə bilər.

5.12. Birlik üzvünün həmin qərardan Birliyin ali idarəetmə orqanına və məhkəməyə şikayət etmək hüququ vardır.

 

VI.  BİRLİYİN TƏŞKİLATİ STRUKTURU

VƏ İDARƏETMƏ ORQANLARI

 

6.1. Birliyin ali orqanı ildə bir dəfədən az olmayaraq çağırılan Ümumi Yığıncaqdır.

6.2. Ümumi Yığıncaq Birliyin icra orqanının, təsisçilərdən birinin və ya üzvlərinin üçdə bir hissəsinin təşəbbüsü ilə çağırılır.

6.3. Birliyin təsisçilərinə və üzvlərinə Yığıncağın yeri və vaxtı haqqında iki həftə əvvəl məlumat verilməlidir.

6.4. Ümumi Yığıncağın səlahiyyətinə aşağıdakılar aiddir:

- Birliyin  Nizamnaməsinin qəbulu, ona əlavə və dəyişikliklər edilməsi;

- Birliyin əmlakının formalaşması və istifadə prinsiplərinin müəyyən edilməsi;

- Birliyin icra orqanlarının yaradılması və onların səlahiyyətlərinin vaxtından əvvəl dayandırılması;

- illik hesabatın təsdiq edilməsi;

- başqa təşkilatlarda iştirak;

- Birliyin yenidən təşkili və ləğv edilməsi;

- Birliyin icra orqanının rəhbərlərinin hesabatının dinlənilməsi.

6.5. Ümumi Yığıncaq yalnız Birlik üzvlərinin yarısından çoxu iştirak etdikdə səlahiyyətli hesab olunur.

6.6. Ümumi Yığıncaqda müzakirə olunan məsələlər haqqında qərarlar sadə səs çoxluğu ilə qəbul edilir. Hər bir üzv bir səsə malikdir. Nizamnaməyə əlavə və dəyişikliklərin edilməsi və təşkilatın yenidən təşkili və ləğvi barədə qərarın qəbulu üçün 2/3 səs çoxluğu tələb olunur.

6.7. Birliyin fəaliyyətinə cari rəhbərliyi İdarə Heyəti həyata keçirir.

6.8. İcra orqanı Birliyin sədrdən, onun müavinlərindən və digər şəxslərdən ibarət olan İdarə Heyətidir.

6.9. İdarə Heyəti kollegial icra orqanı olub aşağıdakı səlahiyyətlərə malikdir:

- Birliyin üzvlüyünə qəbul edir və üzvlükdən azad edir;

- təkliflər və layihələr irəli sürür;

- Birliyin filiallarını yaradır və nümayəndəliklərini açır;

- Birliyin başqa idarəetmə orqanlarının müstəsna səlahiyyətlərinə aid edilməyən bütün məsələləri həll edir.

6.10. Idarə Heyəti üzvlərinin yarısından çoxu iştirak etdikdə səlahiyyətli sayılır və qərarları sadə səs çoxluğu ilə qəbul edilir.

6.11. Idarə Heyətinin sədri, müavinləri və digər üzvləri Birliyin Ümumi Yığıncağı tərəfindən 2 (iki) il müddətinə seçilir.

6.12. Idarə Heyətinin sədri (Prezident):

- Birliyi təmsil edir, onun adından müqavilələr bağlayır, etibarnamələr verir, Ümumi Yığıncağın və Idarə Heyətinin qərarlarının icrasını təşkil edir;

-Ümumi Yığıncaq tərəfindən və Nizamnamə ilə qərara alınan digər funksiyaları həyata keçirir.

6.13. Birliyin Nəzarət-təftiş komissiyası birliyin vəzifəli şəxslərinin və üzvlərinin fəaliyyətinin Nizamnaməyə uyğun olması, habelə Birliyin maliyyə fəaliyyəti üzərində nəzarəti həyata keçirir. NTK üzvlərinin sayı Ümumi Yığıncaq tərəfindən müəyyən edilir. NTK –nın səlahiyyət müddəti 2(iki) ildir.

6.14. NTK Birliyin orqanlarından və üzvlərindən daxil olan müraciətlərə bir ay müddətində baxıb cavab verməlidir. NTK üzvlərinin yarısından çoxu iştirak etdikdə səlahiyyətli sayılır və qərarları sadə səs çoxluğu ilə qəbul edilir.

 

VII.  BİRLİYİN FƏALİYYƏTİNƏ XİTAM VERİLMƏSİ

      

7.1. Birliyin fəaliyyətinə onun yenidən təşkil edilməsi (birləşmə, qoşulma, bölünmə, ayrılma) və ləğv edilməsi yolları ilə xitam verilir. Birliyin fəaliyyətinə xitam verilməsi mövcud qanunvericilikdə nəzərdə tutulmuş qaydada həyata keçirilir.

7.2. Birliyin fəaliyyətinə xitam verilməsi haqqında qərara əsasən ləğvetmə komissiyası yaradılır. Bu andan Birliyin idarəçiliyi ilə əlaqədar bütün səlahiyyətlər ona keçir. Ləğvetmə komissiyası ləğvetmə balansını tərtib edir. Birliyin ləğvi zamanı büdcə ilə hesablaşmalardan və kreditorların tələbləri ödənildikdən sonra qalan əmlak qanunvericiliklə müəyyən olunmuş qaydada Nizamnamə məqsədlərinə, bu mümkün olmadıqda isə dövlət büdcəsinə yönəldilir. Birliyin ləğvi Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və digər qanunvericilik aktlarına əsasən həyata keçirilir.

 

VIII.  DİGƏR ŞƏRTLƏR

 

8.1. Bu Nizamnamədə nəzərdə tutulmayan məsələlər qanunvericiliklə tənzimlənir.

8.2. Gələcəkdə bu Nizamnamənin müddəaları qanunvericiliklə ziddiyyət təşkil edərsə, qanunvericiliyin müddəaları tətbiq edilir.

8.3. Birliyin maliyyə ili qeydiyyata alındığı vaxtdan başlayır və həmin ilin 31 dekabrında başa çatır. Növbəti maliyyə illəri isə 1 yanvarda başlayır və dekabr ayının 31-dək olan dövrü əhatə edir.