Baxılıb : 78 dəfə

14.08.2016 tarixində ailələrimizdən olan Bəyaz ananın qızı Rəsmiyyənin doğum günü idi. Rəsmiyyənin 11 yaşı tamam oldu . O danışıq qüsurlu və yerimə əngəllidir. Ona doğum günündə ən böyük arzumuz, növbəti yaşına qədər müalicə alıb sağlamlığına qovuşması, məktəbə getməsi, yaşıdları kimi oynayıb, öz ayaqları üzərində durmasıdır. Ümid edirik o bundan sonrakı həyatında sağlam, gözəl bir həyat yaşayar. Doğum günü münasibətilə bir daha Rəsmiyyəmizi təbrik edirik. Həmişə üzü gülsün . Doğum günündə əziyyəti keçən hər bir könüllümüzə minnətdarlığımızı bildiririk.