Baxılıb : 116 dəfə

Dayaq Könüllülər Klubu yaxın günlərdə, uzun zamandır start verdiyi "Könüllü Müəllim " layihəsində iştirakçı olan müəllimlərin əziyyətini dəyərləndirmək üçün kiçik bir tədbir təşkil etdi. Belə ki, könüllü olaraq layihəmizdə iştirak edən 13 müəllim və müəllimə himayəmizdə olan aztəminatlı ailələrin məktəbli övladlarına təmənnasız olaraq müxtəlif fənlərdən dərslər tədris edirlər. Tədbirimiz həm məktəblilərin, həm müəllimlərin, həm də könüllülərimizin iştirakı ilə çox gözəl keçdi. Tədbirimizin sonunda isə müəllim və müəllimələrimizə bu böyük əməklərinin qarşılığında Dayaq Könüllülər Klubu adından Təşəkkürnamə təqdim olundu. Bu layihəmizdə iştirak edən hər bir müəllimə və xüsusilə könüllü olaraq tədbirimizin həyata keçməsində yardımcı olan Rəfael bəyə və Aydan xanıma ailələrimiz adından və Dayaq adından öz minnətdarlığımızı bildiririk. Çox sağ olun !

Layihəmiz hələ də davam edir, könüllü olaraq layihəmizə qoşula bilərsiniz.