Baxılıb : 173 dəfə

"Stomatoloji Dayaq" layihəmiz davam edir. Himayəmizdəki ailələrdən olan Qabil bəyin dişlərinin müalicəsi haqqında məlumat: Qabil bəyin yuxarı çənəsinə sadə protez düzəldi.Aşağı çənəyə 8 keramika diş düzəlib.Yerdə qalan diş daşları təmizləndi, damaq müalicə olundu.Layihəmizdə könüllü olaraq iştirak edən Dr. İqbal Cəfərov və dişlərin hazırlanmasında texniki yöndən ona kömeklik edib çalışan Fazil Abdullayev passiyentimizin dişlərindəki problemi həll etdilər. Dayaq ailəsi adından və həmçinin Qabil bəyin adından Dr. İqbal Cəfərova və texnikimiz Fazil Abdullayevə öz təşəkkürümüzü bildiririk. Çox sağ olun!