Baxılıb : 230 dəfə

Dayaq Könüllülər Klubu həyata keçirtdiyi "Stomatoloji Dayaq" layihəsinin görülən işləri ilə bağlı kiçik bir tədbir təşkil etdi. Belə ki, bu günə kimi könüllü olaraq 25 stomatoloqun və 15 texnikin iştirak etdiyi bu layihəmizdə himayəmizdə olan aztəminatlı ailələrə təmənnasız stomatoloji xidmət göstərildi. Tədbirimiz çox xoş keçdi, duyğusal anlar yaşandı; ailələrimiz öz minnətdarlıqlarını bildirdilər, onlar üçün uşaqlar kiçik bir səhnəcik hazırladılar. Və sonda həkim və texniklərimiz bu böyük əməklərinin qarşılığında Dayaq Könüllülər Klubu adından Təşəkkürnamə ilə təltif olundular. Bu layihəmizdə iştirak edən hər bir stomatoloq və texniklərə ailələrimiz adından və Dayaq adından öz minnətdarlığımızı bildiririk.

Çox sağ olun!

Layihəmiz hələ də davam edir, könüllü olaraq layihəmizə qoşula bilərsiniz.